Xalq artisti Səkinə İsmayılova tələbələri və ailəsi haqqında danışıb.
Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, muğam ifaçılarına sənətinin incəlikləri yaxşı mənimsədilir: “Hazırda muğam ifaçıları çox gözəl təhsil alırlar. Onların da peşəkar ifaları istedadlarından və təhsillərindən asılıdır. Təbii ki, təhsil ilə yanaşı üzərlərində də işləməkləri lazımdır. İstedad Allahdan olsa da zəhmətsevərlik , biliklərini artırmaq, muğamı dərinliklərini öyrənmək onlardan asılıdır. Təhsilli və istedadlı tələbələrim çoxdur. Hazırda təhsil almaq çətin deyil və bunun üçün heç bir problem yoxdur. Bəzən görürürsən ki, muğam sənətinin sirrlərini öyrənmək üçün yaşı keçən insanlar da müraciət edirlər. Biz də məmuniyyətlə qapılarımızı açırıq”.
Ailəsi haqqında danışan xalq artisti dedi ki, övladının muğam sənətinə gəlməsinə icazə verməyib: “Övladımın bu sənətə gəlməsinə icazə vermədim. Çünki çox çətin bir sahədir, sənət yoldur. Mənə qalsa nəvəmin də muğam sənətinə gəlməsini istəmərəm. Amma görsəm ki, qeyri-adi istedadı var, mane olmaram. İnşallah ömür vəfa versə, kömək etməyə çalışıram".
Nənə kimi nəvəsi Səkinə haqqında da təəssüratlarını bölüşdü: “Səkinə adlı nəvəm var. Nənə kimi çox yaxşı nənəyəm. Əgər ona vaxt ayıra, diqqət göstərə bilirəmsə məndən razı qalmalıdır. Bir nəvəm var, cavan nənəyəm. Anası və atası işləyir. Bizim ailədə hər kəs öz işi ilə məşğuldur. Nəvəmin dayəsi var, tanıdığımız bir insandır. Yəni ki,i llələrlə sınaqdan keçmiş insandır. Ona görə də dayəsinə güvənə bilirik. Əlbəttə, mən özüm də övladımızı tanımadığımız bir insana etibar etməyin əleyhinəyəm. O barədə çox həssas insanam”.
Rəqsanə