27 Oktyabr 2015 15:55
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amaliya Pənahova Leyla Şıxlinskayanın "5-ci element" verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xalq artisti Ölkə.az-a açıqlamasında sənət adamının belə məsələlər haqda danışmasını düzgün saymayıb: "Onun dedikləri barədə heç nə demək istəmirəm. Bu, onun öz fikridir. Obraza mane olub-olmadığını tamaşaçılar deyə bilər. Mənim müdaxilə etməyim düzgün çıxmaz".

Amaliya Pənahova "Sizcə, sənət adamlarının bir-birinə belə qiymət verməyi doğrudurmu?" sualına belə cavab verib: "Vallah, o xanım getsin dili öyrənsin, sonra münasibət bildirsin".

Leyla Şıxlinskaya "Gün keçdi" filmindəki onun Əsmər rolunu səsləndirən xalq artisti Amaliya Pənahova barədə bunları demişdi: "Hər kəs bu rolu öz bildiyi kimi qavrayır. Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak ediblər. Məsələ yaşda deyil: kim kimdən böyükdür, kiçikdir. Sadəcə, onlar başqadırlar. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. Filmdəki münasibətlər daha incə, kövrəkdir. (Amaliya Pənahovanı yamsılayır - red.) Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi".


Müəllif:

Oxşar xəbərlər