4 Noyabr 2015 08:06
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə gənc aktrisa böyük qalmaqala səbəb olub.

BAKU.WS-in məlumatına görə, Entisar Abdülbasit ərəb kanallarının birində canlı efir zamanı bildirib ki, porno filmlərin verilməsi cəmiyyətin xeyrinədir.

Aktrisa belə filmlərin ailə həyatı qurmağa hazırlaşan gənclər üçün faydalı olduğunu açıqlayıb. Onun bu açıqlaması qısa zaman ərzində böyük qalmaqala səbəb olub.

Aktrisanın bu sözü Twitter, Facebook və digər sosial şəbəkələrdə müzakirə obyekti olub. Bir çox insanlar onu qınayıblar. İlahiyyatçı Muhammed Zeki aktrisanı şeytan adlandırıb. O, porno tərəfdarlarının hamısını şeytan qulluqçusu olduğunu deyib. İlahiyyatçı pornoqrafiyanın da terro kimi zərərli olduğunu deyib. Bir çox ziyalılar və din xadimləri birləşərək aktrisanı məhkəməyə veriblər.


Müəllif: