Türkiyənin dünya şöhrətli aktrisası Türkan Şoray Bakıya gələcək.
Nizami Kino Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, aktrisa rejissoru olduğu “Uzaqlarda axtarma” filminin qala gecəsində iştirak edəcək. Aktrisanın qızı Yağmur Ünalın da çəkildiyi ekran əsərində Sevda Erginci, Mehtab Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp və başqaları rol alıb.
Qala gecəsi noyabrın 26-da Nizami Kino mərkəzində baş tutacaq. Yaradıcı heyət də T.Şorayla birlikdə Bakıya gələcək.
Rəqsanə