25 Noyabr 2015 14:13
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onunla görüşməyə gedərəm, ancaq illərdən sonra mənə olan sevgi hisslərinin qalıb-qalmadığını deyə bilmərəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Space” telekanalında müğənni Fədayə Laçın deyib: “Yenidən qovuşmaq üçün onun yolunu səbirsizliklə gözləmirəm. Taleyimlə razılaşan insanam. Alınmadı... Qayıdıb gəldikdə bizim yenidən əvvəlki günlərimizi yaşamağımız mümkün deyil, çünki o məkan insanı çox dəyişir. Onsuz yaşamaq çox çətin idi. Tək olsaydım yaşaya da bilməzdim. Düşünürdüm ki, özümü öldürüm. Amma əzizlərim, oğlum, anam var axı. Əslində, həyatda yaşamaq mənə maraqsızdır. Hisslərim donub. Mənə deyirlər ki, hisslərin donubsa necə oxuyursan? Deyirəm ki, ürəyim donmayıb ki... Bəzi insanlar mənim bu vəziyyətimə inanmır ki, gözəl xanımam və hər an sevə və sevilə bilərəm. Düzdür, tanımadığım insanlardan eşq məktubları, eşq etirafları çox olur. Buradan o insanlara səslənirəm ki, məndə hisslər donub”.

Rəqsanə


Müəllif: