28 Noyabr 2015 18:17
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Bred Pitt din, inam və ateist olması haqda danışıb.

Dindar ailədə böyüyən Hollivud ulduzu niyə dindən imtina etdiyini açıqlayıb. Səbəblərdən biri onun ciddi kilsə tərbiyəsi alması ilə bağlıdır. Aktyor dinin onun qarşısında çoxlu qadağa və məhdudiyyətlər qoyduğunu bildirib. Dindən imtinanın ikinci səbəbini isə B.Pitt atası ilə əlaqələndirib. Hollivud ulduzu atasının xarakterində xeyirxah tərəflərinin də olduğunu, ancaq tərbiyə üsulunda şiddətdən və cəzadan istifadə etdiyini etiraf edib. Uşaqlıqda atası tərəfindən çox sərt cəzalara məruz qalması onun dindən uzaqlaşmasına səbəb olub.

6 uşaq atası olan aktyor valideyninin səhvini təkrar etməməyə çalışdığını qeyd edib.

Həyat yoldaşınan fərqli olaraq aktrisa Ancelina Coli dəfələrlə Allaha inandığını deyib. O, hesab edir ki, Allah insanlara kömək edir, ona görə də heç nədən qorxmaq lazım deyil.

Lakin bu fərqli baxışlar ailədə tərəflər arasında heç bir narazılıq yaratmır./Axşam.az


Müəllif: