1 Dekabr 2015 13:48
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxşı aktyor hər yerdə - istər teatr, istər kino aləmində tanınır. Əgər sən işinin ustasısansa gec də olsa insanlar tərəfindən qəbul ediləcəksən”.

Bu sözləri Teleqraf.com-a xalq artisti Nurəddin Mehdixanlı deyib: “İşinə görə deyil, ətrafındakı insanlara görə tanınan aktyorlar fərd kimi yaddaşlarda qalmırlar. Əsas odur ki, sənətçi və insan olaraq işinin ustası olasan, işinə hörmət qazandırasan. Bir də görürsən ki, bir nəfər verilişlərə çıxır və çox populyar olur. Amma bir-iki ildən sonra adam yoxa çıxır. Soruşursan ki, onun başına nə gəlib? Yaşayırmı? Deyirlər ki, yaşayır. Sənət aləmində əbədi və axıb gedən ulduzlar var. Yaxşı məktəbi olan, özünə hörmət edən, sənətini düzgün seçən, istedadı olan insan həmişə sevilir. Azərbaycan xalqı yaxşı ilə pisi ayıran xalqdır. Küləklə, hay-küylə gələnlər gəldikləri kimi də gedirlər. Amma böyük sənətçilər yaşayırlar, Hökümə Qurbanova, Nəsibə Zeynalova, Abbas Mirzə Şərifzadə belə sənətkarlar idi”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər