“Yaradıcılığımı Azərbaycan xalqına layiq davam etdirmək istəyirəm. Çünki gənc ifaçı deyiləm ki, nə gəldi oxuyum. Bu mənə lazım deyil”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib: “Bu gün xalqın musiqi zövqünü korlamaq olmaz. Əgər xalq məni sevirsə bayağı mahnı da ifa etsəm qəbul edəcək. Amma buna ixtiyarım yoxdur. Çünki sənətimi və tamaşaçılarımı çox sevirəm. İnşallah gələcək fəaliyyətimdə də bu günə qədər gördüyüm səmimi işlərimi davam etdirəcəm”.
Rəqsanə