7 Dekabr 2015 11:03
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova "Günəşli" yatağında baş vermiş yanğında həlak olan və itkin düşənlərlə bağlı kədərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, xalq artisti “İnstagram”da bu sözləri yazıb: "Ailəsindən aylarla uzaqda bir tikə çörək pulu üçün isti ocaqlarından uzaq olub, hər bir əziyyətə qatlanan, zəhməti və alın təri ilə şərəfli bir sənətin sahibi olan hər bir vətən oğlunun itkisi xalqımın, millətimin yanğı yeridir. Ruhları qarşısında baş əyirəm, onları hər gedişində ürəkləri qubarlı, nigarançılıqla yola salan ailələrinə səbr diləyirəm! Millətim, hər dərdinizə şərikəm!"

Rəqsanə


Müəllif: