11 Dekabr 2015 12:18
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabr-oktyabr aylarında keçirilən monitorinq zamanı təhlilə cəlb olunan televiziyalarda dil qanunlarının pozulması daha çox fonetik normada özünü göstərir. Ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fenoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Aytən Vəliyeva monitorinqlərinin nəticələrinə dair konfransda deyib. Onun sözlərinə görə, aparıcılar Bakı ləhcəsi ilə danışırlar: “Varvarizmlərdən, alınma sözlərdən istifadə olunur. Bir çox hallarda aparıcılar nitqi ağırlaşdıran təkrarlardan istifadə edirlər, söz mənaya uyğun işlədilmir, qeyri-dialekt sözlərdən istifadə olunur. Dilimizin qrammatik quruluşu sabit olsa da, bəzən bu normanın da pozulmasına rast gəlinir. Bəzən aparıcıların dilində üslub dolaşıqlığına rast gəlinir”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər