Müğənni Gülbən Ərgən “Yıkıl karşımdan” mahnısına klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, mahnının sözləri Gülbənin bu yaxınlarda barışdığı həmkarı Mustafa Sandala və xanımı Emina Sandala məxsusdur. Klipdə Mustafa da yer alıb.
Qeyd edək ki, bu, G.Ərgənlə M.Sandalın ikinci birgə klipidir. Onlar daha əvvəl “Şıkır-şıkır” mahnısına klip çəkdirmiş, lakin daha sonra Gülbən mahnını albomuna solo ifada daxil etdiyi üçün məhkəməlik olmuşdular. Müğənnilər bu yaxınlarda Acun İlıcalının vasitəçiliyi ilə barışıblar.