25 Dekabr 2015 12:47
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilir.

“Report”un xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında bəyan edib. O, 71 yaşlı R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixində son veriləcəyini bildirib.

R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edən nazir onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovanın icra edəcəyini deyib.


Müəllif:

Oxşar xəbərlər