2 Yanvar 2016 17:27
1 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu şəhərdə" komandasının aktyoru Coşqun Rəhimov onları tənqid edənlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, əməkdar artist kişi və ya qadın obrazı olmasından asılı olmayaraq aktyorun rolu peşəkar canlandırmasının vacib olduğunu vurğulayıb:

"Qadın obrazlarının çoxunu mən oynayıram. Bəzi dırnaqarası insanlar bizə deyirlər ki, nə qədər qadın paltarı geyinəcəksiniz? Başa düşmürlər ki, səhnədə iki aktyor oynayır. Sən səhnədə məndən və Rəfaeldən başqa aktyor görürsən? Yox. O obrazları da biz oynamalıyıq".

Coşqun qadın obrazını kişilərin daha yaxşı canlandırdığını bildirib:

"Bir-iki dəfə xanımları dəvət etmişik. Amma qadın obrazı kişinin obrazında daha yaxşı alınır".

Rəqsanə


Müəllif: