11 Fevral 2016 21:53
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Sanəliyeva depressiyaya düşməsindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi anasına görə ağır günlər keçirdiyini deyib: “Müğənnilər həssas olur. Ən xırda məqamdan depressiyaya düşürük. Mənə yaxın olan insandan zərbə görəndə belə hala düşürəm. Mənim depressiyalarım hər zaman uzun çəkib. Bir dəfə öz səhhətimə görə 3 il, sonra anamın xəstələnməsinə görə 2 il depressiyaya düşdüm. İşləmək, səhnəyə çıxmaq maraqsız gəlirdi. Daha sonra isə ailə qurdum və sənətimə ara verdim. İndi depressiyadan çıxmağın yolunu bilirəm. Oturub çoxlu ağlayıram, durub üzümü yuyub, işimə gedirəm. Mənim övladım var, olmaz bu hal”.


Müəllif:

Oxşar xəbərlər