12 Fevral 2016 10:53
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən özümdən razıyam, amma kafir deyiləm. Lovğayam, amma vətən xaini deyiləm!"

Teleqraf.com xəbər verir ki, bu sözləri “İnstagram”da rejissor Kənan M.M yazıb: “Yekəxanayam, amma haram yemirəm. Təkəbbürlüyəm, amma mavi deyiləm... Kobudam, amma heç kimin haqqına girmirəm. Özünü sevənəm, amma tanımadığım insan haqqında rəy vermirəm. Allahın mənə verdiyi ömrün saat və dəqiqələrindən boş yerə istifadə edib, qeybət etmirəm. Mən beləyəm... Yaltaq, nankor, etibarsız deyiləm. Bəs sən? Sən necəsən? Özün özün haqqında sual verib gecələr vicdanınla heç baş-başa qalmısan? İnsanın qəlbinin içini bilən yalnız Allahdır. Sonda qərarı da Allah verəcək. Biz, sadəcə, cümlələr qururuq. Allahın yaratdığı hər kəsi sevirəm. Məndən zəhləsi gedənlərə şad xəbər: mən sizi tanımıram, amma sizin həmişə məndən zəhləniz gedəcək. Çünki siz məni tanıyırsınız”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər