21 Fevral 2016 15:46
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Zəki "Geriyə baxanda" verilişinin qonağı olub.

Aktrisa sevgisindən, yaradıcılığından, hələ də ailə qurmamasından bəhs edib.

"Mən şəxsi həyatımı sənətə qurban vermədim. Mənim şəxsi həyatım sənətimdir. Birini o birindən ayırmıram. Ailə o qədər böyük məsuliyyət tələb edən işdir ki... Ailəni qurub sonra onu dağıtmaq kimi qorxularım olub. Bəlkə buna görə ondan qaçmışam. O qədər pərəstişkarlarım olub, evlilik təklifləri almışam ki... Çox gözəl də insanlar olub. Sadəcə, elə vəziyyət alınıb, başa düşmüşəm ki, bu ailə uzunmüddətli olmayacaq. Bəzən içini araşdırmışam, görmüşəm hörmətim var, sevgim yoxdur. Bləcə, o hərəkərdən uzaqlaşmışam. Hər şeyi dolğun şəkildə hiss edərək, yaşamaq arzusunda olmuşam. Sənət mənim içimdədir, onu yaşadıram. Ailə isə sevgi ilə baş verməlidir. Bunun məsuliyyətini dərk edirəm. Ola bilsin ki, gələcəkdə ailə qurum. Təbii ki, həyatımda sevgi var". (axşam.az)


Müəllif:

Oxşar xəbərlər