Mövsümə böyük ümidlərlə başlayan, ancaq reytinqlərdə iflasa uğrayan, baş rollarında Məryəm Uzerli və Murad Yıldırımın çəkildiyi "Gecenin kraliçesi"nın bağlanacağı deyilir.
Serialın gözlənilən uğuru əldə etməməsi həm telekanal rəhbərliyini, həm də layihənin rəhbəri olan türk-ərəb şirkətini bu barədə düşünməyə vadar edib.
Bir neçə gün əvvəl Məryəm bu serialın onun üçün səhv qərar olduğunu demişdi. Bugünlərdə serialın digər qəhrəmanlarından olan Uğur Polat jurnalistlərlə qarşılaşıb. O, serial barədə sualları cavablandırmadan uzaqlaşıb./Axşam.az/