Londonun ən böyük konsert salonlarından biri olan "O2 Arena"da keçirilən "Brit Music Awards" gecəsinə müğənni Adel damğa vurub.
O, "ən yaxşı ingilis qadın sənətçi", "ən yaxşı ingilis albomu", "ən yaxşı sinql", "ən yaxşı beynəlxalq uğur" kateqoriyalarında mükafatların sahibi olub.
Gecədə 18 ay xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra dünyasını dəyişən Devid Bouie də unudulmayıb. Müğənnilər Annie Lennoks, Lorde, aktyor Qari Oldman səhnədə onu yad ediblər.
İngilis rok qrupu "Coldplay", müğənnilər Castin Biber, Rihanna, Dreyk, Ceyms Bey, "Weeknd" də səhnədə performans göstəriblər.
Ən yaxşı ingilis kişi müğənni: Ceyms Bey
Ən yaxşı ingilis qadın müğənni: Adel
Ən yaxşı beynəlxalq qrup: "Tame Impala"
Ən yaxşı mahnı: Adel “Hello”
Ən yaxşı ingilis qrup: "Coldplay"
Ən yaxşı beynəlxalq kişi müğənni: Castin Biber
Ən yaxşı yeni ifaçı: "Catfish and the Bottlemen"
Ən yaxşı beynəlxalq uğur: Adel
Ən yaxşı beynəlxalq qadın müğənni: Björk
Ən yaxşı klip: One Direction “Drag Me Down”
Ən yaxşı albom: Adel - 25
Axşam.az