Teleaparıcı Xoşqədəm Hidayətqızı Kanal D-nin “Renkli sayfalar” verilişində həyat yoldaşı Doğuşla qonaq olub.
Teleqraf.com xəbər verir ki, aparıcı hamiləlik xəbərini Doğuşun bildirdiyini deyib: “Bir gün halım pisləşdi və səhərə qədər xəstəxanada qaldıq. Qan analizi verdim. Həkimlər də deyirlər ki, heç bir problem yoxdur. Evə gəldik, harasa hazırlaşırdıq. Doğuş ağlaya-ağlaya dedi ki, sənə bir xəbər deyəcəm. Mən də düşündüm ki, yəqin ağır xəsətəliyə tutulmuşam, xərçəngəm. Doğuş dedi ki, bizim övladımız olacaq. Mən şokda idim. Sonrasını xatırlamıram”.
Doğuş həyat yoldaşının hamilə olmasını gizli saxladıqlarını da vurğulayıb: “Həyat yoldaşım hamilə olanda ilk vaxtlar heç kimə demirdik. Çox həyəcanlı idik”.
X.Hidayatqızı isə nəzərə çox inandığını bildirib: “Çox təəssüf bəziləri insanların xoşbəxtliyinə sevinmirlər. Mən isə hər zaman dua edirəm ki, övlad gözləyən insanlar ana olsunlar. Bəzi insanların eqosu o qədər yüksəkdir ki, xoşbəxt insanları çəkə bilmirlər. Elə insanların əvəzinə çox pis oluram”.
Rəqsanə