Mərhum rejissor Arif Qasımov sabah dəfn ediləcək.
Bu haqda Teleqraf.com-a AzTV-nin mətbuat katibi Xatirə Qasımova məlumat verib: “Arif müəllim bu gün dünyasını dəyişib. Sabah yaşadığı mənzildən dəfn ediləcək. Ali kateqoriyalı rejissor idi. Son iş yeri “Uşaq və Gənclər” redaksiyası olub”. A.Qasımov 1950-ci il dekabrın 23-də Bakıda anadan olub . İndiyə qədər 38 filmə çəkilib "Dağlı çörəyi" adlı film və silsilə verilişlər hazırlayıb.
Rəqsanə