Sosial şəbəkədə Elnarə Abdullayevanın konsertdən sonra səsinin batması haqqında xəbər yayılıb.
Buna münasibət bildirən xanəndənin mətbuat rəhbəri Tahirə Məmmədqızı Teleqraf.com-a bildirib ki, E.Abdullayevanın səsi batmayıb: “E.Abdullayevanın səsində problem yoxdur. Şükür Allaha hər şey yaxşıdır. Səsinin batması haqqında yayılan xəbərlər gülməli gəlir. Çünki səhnədə səsində zərrə qədər də olsun problem yaşanmayıb. Belə şayiələrə uymağa dəyməz. Konsertdən sonra ola bilər ki, bəziləri qısqanclıqlarını hiss etdirməyə başlayaraq, belə şayiələr yayırlar”.
Rəqsanə