“Bizimləsən” verilişində qonaq olan xalq artisti Məleykə Əsədova ağladı.
Teleqraf.com xəbər verir ki, aktrisa həyatının çətin illərini xatırlayıb: “Atamı tez itirdim. Universitet illərində dərsdən çıxıb ansamblı ilə Salyan, Neftçala rayonlarına toylara gedirdim. Mən uşaqlıq, gənclik illərimi yaşaya bilmədim.
Qarşıma məqsəd qoydum ki, Bakıda ev alacam. Neftçalada bir il gecə-gündüz xınayaxdılara, toylara getdim. Pul yığdım. Ev almaq üçün təxminən 1000 manat çatmırdı. Qohumlarımdan pul istədim, vermədilər. Lotereya da oynayırdım. Oradan götürdüyüm pul ilə Bakısovetdən ev aldım”.
Rəqsanə