Məşhur müğənni Mahsun Kırmızıgül və Ece Binayın dünyaya gələcək övladının cinsiyyəti bilinib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Mahsun Kırmızıgül və Ece Binayın qız övladı olacaq.
Mahsun Kırmızıgül illər sonra ata olmaq həyəcanını yaşadığı üçün xoşbəxt olduğunu bildirib.
Fevral ayında Amerikada nigah masasına oturan cütlüyün övladı may ayında dünyaya gələcək. Cütlük Amerikadan İstanbula yaz aylarında gəlməyi planlaşdırır.
Qeyd edək ki, Mahsun Kırmızıgülün ilk evliliyindən Mahmud adlı bir oğlu var.
Rəqsanə