Türkiyənin Erciyes Universitetinin dosenti Gökhan Bolat Latın amerikalı müğənni Şakiranın türk əsilli olduğunu bildirilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolat Şakira ilə yanaşı Argentinanın keçmiş prezidenti, “El Turko” ləqəbli Karlos Menem və 2007-ci ildə dünyanın ən varlı adamı seçilən Karlos Slimin də türk əsilli olduğunu iddia edib.
Bolat “Los Turcos” kimi tanınan tayfanın 1840-1951 illər ərzində Osmanlı imperiyası və Türkiyə Respublikasından Latın Amerika torpaqlarına köç edən ərəb, erməni və yəhudilərdən ibarət olduğunu bildirib. Eləcə də hazırda Latın Amerikası ölkələrində nazir vəzifəsində çalışan çoxsaylı Los Turcos olduğunu da əlavə edib.
Onun sözlərinə görə, Osmanlı imperiyası dağıdıldıqdan sonra köç etdikləri torpaqlara uyğunlaşan “Los Turcos”-lar Latın Amerikası cəmiyyətlərinə inteqrasiya olublar və günümüzə qədər gəliblər.
Rəqsanə