1 İyun 2017 21:12
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tramvayın sürücüsü rels üzərində namaz qılan kişini görüncə əyləci basıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, namazın bitməsini gözləyən sürücü sərnişinlərə durumu anladıb.

"Bəy əfəndini narahat etməmək üçün tramvayı saxladım. Normal halda yalnız təhlükəli vəziyyətdə tramvayı saxlayırıq. Bu, rastlaşdığımız ilk durum idi. Sərnişinlər üçün də maraqlı oldu. Adam namazını qılıb qurtarandan sonra yolumuza davam etdik", deyə 27 yaşlı Aysu Tuna deyib.


Müəllif: Ruslan Xəlil