Şimali Karolina Universitetinin alimləri yüzlərlə insan arasında “Allah necə görünə bilər” adlı sorğu keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə tədqiqatın nəticələrinin “Plos One” nəşri yayımlayıb.
Alimlər respondentlərin cavablarını bir təsvirdə birləşdirib və bir növ Allahın fotorobotunu yaradıblar.
Sorğuda müxtəlif təbəqə və yaş qrupuna məxsus insanlar iştirak edib. Ayrı-ayrı qrupların nəticələri müxtəlif olub.
Məsələn, mühafizəkarlar görə, Allah daha qüdrətli və daha “ağ”dır. Liberallar isə onu daha gənc və zərif görür. Afroamerikalılarda Allah bu irqə səciyyəvi olan cəhətlərlə özünü göstərir.