13 İyun 2018 13:44
2 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ufoloqlar “Google Map” vasitəsi ilə məşhur “Zona 51”in yaxınlığında sirli ölüm dairəsi tapıblar.

Teleqraf.com xəbər verir ki, sirli dairənin diametri 1,5 kilometrdir. Sözügedən yer “Zona 51”in 32 kilometrliyində yerləşir. “Ölüm dairəsi” adı verilən yerdə heç bir bitki bitmir.

Ufoloqlar anomaliyanın səbəbini araşdırmağa çalışırlar. Burada Pentaqonun hansına sirli silahı sınaqdan keçirdiyi və ya yadplanetli kosmik aparatın eniş etdiyi güman edilir.

Hələ ki sözügedən əraziyə alimlər daxil ola bilmir. Bura hərbçilər tərəfindən əhatəyə alınıb.


Müəllif: Ruslan