29 Sentyabr 2019 08:05
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatının Sattelit-Biç şəhərində akula yeniyetmənin ayağını dişləyib.

Teleqraf.com xəbər verir ki, 13 yaşlı Loqan Radd serfinq taxtası üzərində üzərkən, ayağına nəyinsə toxunduğunu hiss edib.

"Bu, 60 santimetrlik akula idi. O, iki dəfə mənim ayağımı dişlədi", - Loqan Radd deyib.

Xoşbəxtlikdən Loqanin anası sahildə olub və onu dərhal xəstəxanaya aparıb. Loqana zəruri tibbi yardım göstərilib.


Müəllif: Nihad