18 İyun 2022 09:06
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları kainatda ən sürətlə böyüyən qara dəliyi kəşf ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb.

Superkütləvi qara dəlik o qədər sürətlə böyüyür ki, bütün Süd Yolundan 7000 dəfə daha parlaqdır.

Elm adamlarının fikrincə, bu doymaq bilməyən dara dəliyə hər saniyə Yerin kütləsinə bərabər miqdarda material düşür.

Bu, son 9 milyard ildə ən sürətlə böyüyən qara dəlikdir. Alimlər bu nəhəng dəliyin fəaliyyətini “qorxunc” adlandırırlar. Qara dəlik kainata “kvazar” deyilən çoxdalğalı işıq saçır.

Qara dəliyə J1144 adı verilib. Araşdırmalar göstərir ki, ondan gələn işığın Yer kürəsinə çatması təxminən 7 milyard il çəkir.

Elm adamlarına görə, parlayan qara dəliyin özü yox, onun spektri boyunca işıq saçan güclü sürtünmə və cazibə qüvvəsi ilə qızdırılan materialdır.


Müəllif: Mənsur Rəğbətoğlu