13 Avqust 2022 12:12
2 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi (NASA) “potensial təhlükəli” olaraq xarakterizə etdiyi asteroidin saatda 33 min 10 kilometr sürətlə Yerə yaxınlaşdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, NASA asteroidin dünyaya təhlükə yaratmadan planetimizin yaxınlığından keçəcəyini bildirib.

2015 FF kosmik cismin diametri 13-28 metr arasındadır.

Asteroid Yerə doğru saatda 30 min 10 kilometr sürətlə hərəkət edir. Yerdən 4.3 milyon kilometr məsafədən keçəcək.

Başqa bir asteroidin gözlənilməz zərbəsi bu göy cismini asanlıqla Yerə çırpa bilər.

NASA dünyadan 193 milyon kilometrə yaxın olan hər hansı obyekti “Yerə yaxın obyekt” kimi xarakterizə edir. 7.5 milyon kilometr məsafədə olan hər hansı bir obyekt isə “potensial təhlükəli” kimi təsnif olunur.


Müəllif: Mənsur Rəğbətoğlu