31 Mart 10:26
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə aparılan araşdırmalar göstərib ki, yuxu rejiminin qısa müddətli pozulması belə insanların qocalmasına səbəb olur.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma çərçivəsində iki ayrı müraciət həyata keçirilib.

Birincidə 18-70 yaş arasında olan 490 könüllüdən son bir ayda özlərini neçə yaşında hiss etdikləri və yuxu vəziyyəti soruşulub. Sorğunun sonunda müəyyən edilib ki, iştirakçılar pis yatdıqları hər gün üçün orta hesabla üç ay daha yaşlı hiss edirlər, yuxu rejimi pozulmayanlar isə faktiki yaşlarından orta hesabla altı yaş kiçik hiss edirlər.

İkinci müraciətdə 18-46 yaş arası 186 könüllüyə iki gecə dalbadal doqquz saat, daha sonra isə iki gecə ardıcıl olaraq cəmi dörd saat yatmağa icazə verilib. Araşdırmalar nəticəsində müəyyən edilib ki, dörd saat yuxu ilə məhdudlaşan iştirakçılar orta hesabla 4 yaş daha yaşlı, doqquz saat yatmağa icazə verilən iştirakçılar isə orta hesabla üç ay cavan hiss ediblər.

Araşdırmanın aparıcı müəllifi Dr. Leonie Balter yuxunun psixologiyaya təsirinin ümumi sağlamlığa da təsir edə biləcəyinə diqqət çəkir.

"Əgər özünüzü gənc hiss etmək istəyirsinizsə, ən əsası yuxunuzu qoruyun".


Müəllif: Pərvin Cəfərova