15 İyul 2017 09:05
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Dihaj qrupu Yaşıl Teatrda “The End Of Sunrise” adlı ilk konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, qrupun solisti Diana Hacıyeva konsertdən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, bildirib ki, bu, böyük səhnədə ilk konsertidir:

"Yaşıl Teatrda ilk dəfə çıxış edəcəm. Mənim konsertdə çıxış etməyim sürprizdir. Yaşıl Teatrı seçməyimiz təsadüfi deyil. Romantik yay havası var, konsert üçün əla məkandır”.

“Eurovision 2017” təmsilçimiz klublarda çıxış etməsinə də münasibət bildirib: "Ən istiqanli publika klubdadır. Ümumiyyətlə, musiqiçinin klubda ifa etməsi ayıb hesab olunmur. Çünki insanlar kluba məhz səni dinləməyə gəlir".

Diana konsertdə "TEOS" adlı debüt albomunu təqdim edib. O, konsertdə Elnur Hüseynovla duetlər də oxuyub. İfaçıların duetini dünya şöhrətli azərbaycanlı pianoçu İsfar Sarabski müşayiət edib.

“O Səs Türkiyə” musiqi yarışmasının qalibi olan Elnur dünənki konsertdə ifa etdiyi "Vibration" mahnısını ilə də tamaşaçıları sevindirib.

Konserti izləməyə gələn tamaşaçılar arasında “YARAT”ın rəhbəri Aidə Mahmudova, aparıcılar Zümrüd Qasımova, Hacı Nuran Hüseynov da olub.

Diana Hacıyeva ölkəmizi "Eurovision 2017"- də təmsil edib.


Müəllif: Elçin Murad

Oxşar xəbərlər