1 Dekabr 2022 23:36
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Teleqraf.com xəbər verir ki, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayev,Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edəcəklər.

Fatimə Cəfərzadə (soprano), Nigar Cəlilova (xanəndə), Fəxri Kazım-Nicat (tenor) tamaşaçılara öz ifalarını təqdim edəcəklər. Konsertdə bəstəkarın əsərləri səslənəcək: “Rast” simfonik muğamı, “Vətən haqqında nəğmə”, “Xosrov və Şirin” operasından “Şirinin ariyası”, “Çitra” baletindən Süita, “Arzu”, Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı, “Qaytağı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər