Məşhur müğənni Alla Puqaçovanın səhhəti yaxşı deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə “7days.ru” saytı məlumat yayıb.
Bildirilir ki, müğənni iyulun ortalarında İsraildən Latviyanın Yurmala şəhərinə gəldikdən sonra ictimaiyyət qarşısına çıxmayıb. Rəfiqəsi Layima Vaykulenin Yurmaladakı açıq festivalına qatılmayanda Puqaçovanın xəstə olduğu şübhəsi yayılmışdı.
Nəşr qeyd edir ki, Maksim Qalkin turunu dayandırmaq məcburiyyətində qalıb və qızı isə Avropa tətilini yarımçıq qoyaraq uşaqları ilə birlikdə Yurmaladakı villaya gəlib.
Ehtimal olunur ki, Puqaçova İsraildən gələrkən uçuşu yaxşı keçməyib və ürəyindəki problemlər ağırlaşıb. Onun hətta yataqdan qalxa bilmədiyi iddia edilir.
/Kult.az/