Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə ilə xanımı Aysel Teymurzadə rejissor Ülviyyə Könülün qızının toyunda iştirak edib.
Teleqraf.com xəbər verir ki, cütlük Türkiyədə baş tutan toyda rəqs edib. Onların rəqs görüntüləri sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, 2009-cu ildə Azərbaycanı “Eurovision”da təmsil edən Aysel Adıgözəlzadə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşıb.