“Avrovziya” mahnı müsabiqəsində iki dəfə təmsil olunan, “O səs Türkiyə” mahnı müsabiqəsinin qalibi Elnur Hüseynov yeni klipinin anonsunu verib.
Teleqraf.com-un məlumatına görə, klipdən bir parçanı sosial şəbəkələrdə paylaşan müğənni tezliklə mahnının tam versiyasını təqdim edəcəyini bildirib.
Elnur Hüseynov video çarxı “Arzulamaq üçün hazırsınız? Tezliklə!” qeydi ilə izləyiciləri ilə bölüşüb.