8 Noyabr 2019 13:42
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də saat 19:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi 9 noyabr – "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsr olunan “Yeni nəfəs” adlı solo konsert proqramı təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, konsertdə təhsil müəssisəsinin şagirdləri gözəl ifaları ilə çıxış edəcəklər. Həmçinin məktəbin direktoru, Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva öz ifası ilə azyaşlı şagirdlərə dəstək olacaq.


Müəllif: Teleqraf.com