10 May 2021 15:37
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə telefonda danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putin və Əliyev bir-birini İkinci Dünya Müharibəsindəki qələbənin 76-cı ildönümü münasibətilə təbrik ediblər.

Hər iki ölkənin qəhrəmanlıq tarixini ehtiramla yad etdiklərini və misilsiz igidlik nümayiş etdirən qəhrəmanlara dərin minnətdarlıqlarını bildiriblər.

Liderlər Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini təsdiqləyiblər və müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.


Müəllif: Mənsur Rəğbətoğlu