4 Dekabr 2021 14:44
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib.

Teeqraf.com-un xəbərinə görə, mətndə deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Müəllif: Teleqraf.com