14 Yanvar 2022 15:18
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səyyad Adil oğlu Salahlı (Səyyad Aran) “Şöhrət” ordeni ilə təltif edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Aran 1952-ci il yanvarın 15-də İmişli rayonunda anadan olub. Sabah onun 70 yaşı tamam olur. O, 2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər