14 Avqust 2022 13:17
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib.

Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.

Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər