Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəniı təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici əlaqələr idarəsinin tviter səhifəsində paylaşım edilib:
“Bu gün Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Qazaxıstan Respublikasının hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik.