31 Avqust 2022 21:56
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfər edəcək.

Teleqraf.com xəbər verir ki, dövlət başçısının səfəri sentyabrın 1-2-si tarixlərində nəzərdə tutulur.

Səfər İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutacaq. Səfərin məqsədi Prezident İ.Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticə yönümlü növbəti addımların müəyyən edilməsidir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella və İtaliya Baş naziri Mario Draqi ilə geniş tərkibdə görüşləri nəzərdə gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər