24 Oktyabr 2022 15:12
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Bütövlükdə hazırda dünyada və Avropada enerji resurslarına böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bax bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir. Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz durur: xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət", - dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər