15 Noyabr 2022 16:32
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var".

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib.

"Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son iki ölkə arasındayıq. Son iki ölkə - Türkiyə və Azərbaycandır. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir", - Prezident vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər