Prezident İlham Əliyev "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, Sərəncamla;
apellyasiya instansiyası məhkəmələri üzrə:
1.1. Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilsin;
1.2. Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;
1.3. Səxavət Şahhüseyn oğlu Bəylərli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;
1.4. Əli Kərim oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;
1.5. Mirzə Nəsib oğlu Tağızadə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;
1.6. Məhəmmədəli Əsəd oğlu Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;
1.7. Ayaz Akif oğlu Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;
ağır cinayətlər məhkəmələri üzrə:
1.8. Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;
inzibati məhkəmələr üzrə:
1.9. Rüstəm Lətif oğlu Kərimli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;
kommersiya məhkəmələri üzrə:
1.10. İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
hərbi məhkəmələr üzrə:
1.11. Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri təyin edilsin;
1.12. Zeynal Qurban oğlu Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edilsin;
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
1.13. Mehrab Fərmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.14. Zülfüqar Əziz oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.15. Gülnar Xanlar qızı Səfərəliyeva Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilsin;
1.16. Hüseyn Nadir oğlu Zülfüqarov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri təyin edilsin;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
1.17. Anar Vəzir oğlu Tanrıverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.18. Lətifə Məhyəddin qızı Məmmədova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
1.19. Məhəmməd Ənvər oğlu Bağırov Ağdaş Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.20. Rəfayil Əfraddin oğlu Əliyev Biləsuvar Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.21. Kənan Hafiz oğlu Vəliyev Gəncə Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Daşkəsən Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.22. Rəşad Mustafa oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.23. Günel Bəkir qızı Əkbərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.24. İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.25. Zaur Rafiq oğlu Pirverdiyev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.26. Abbas Baba oğlu Əliyev Qəbələ Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.27. İxtiyar Əliyar oğlu Abuşov Saatlı Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.28. Ayaz Süleyman oğlu Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.29. Zaur Mirzağa oğlu Allahyarov Şəmkir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.30. Rəşad Azad oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yardımlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.31. Ədil İsa oğlu Məmmədov Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.