“Biz azərbaycanlı həmkarımla Qarabağ məsələsinə dair xeyli söhbət etdik. İstəyimiz bu problemin həlli prosesini davam etdirməkdir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi körüşdən sonra mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, sabit, dayanıqlı danışıqlar prosesinin bərqərar olması üçün zəruri ab-hava yaratmaq vacibdir: "Danışıqlar sadəcə danışıq xətirinə yox, Qarabağ münaqişəsinin dinc yolla həll olunması naminə aparılmalıdır".
Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Rusiyanın danışıqlar prosesini irəli aparmaq üçün lazımi şərait yaratmağa hər cür dəstək verəcəyi də qeyd edib.