28 Sentyabr 17:26
3 772

“Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş sovet və Rusiya istehsalı olan sistemlərin real istismar müddəti çoxdan bitsə də, sürəkli təmirlər hesabına ermənilər səmanı bunlarla “qorumaq”la məşğuldular”.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.

Jurnalist Ermənistan tərəfinin Azərbaycan ordusu haqda yaydığı dezinformasiyalara diqqət çəkib:

“Ermənistan bəyan edir ki, guya Azərbaycanın 14 Pilotsuz Uçan Aparatını (PUA) vurub. Bunun aşkar dezinformasiya olduğu bəllidir.

Ermənistanın Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərimizdəki hərbi kontingenti “Osa”, “Şilka”, “Buk M2”, “S-125”, “Pansir”, “S-300” və “Tor” kimi sistemlərlə təchiz olunub. Sovet və sonra da Rusiya istehsalı olan bu qurğuların real istismar müddəti çoxdan bitsə də, sürəkli təmirlər hesabına ermənilər səmanı bunlarla “qorumaq”la məşğuldular”.

Elçin Alıoğlu qeyd edib ki, “Osa” zenit-raket kompleksinin hədəfi vurma yüksəkliyinin maksimumu 7 kilometr, “Pansir”də 15 kilometrdir:

“Türkiyənin Suriyanın İdlib bölgəsində PUA-lar vasitəsilə Bəşər Əsədin ordusuna divan tutmasını unutmayaq. Həmin günlərdə Rusiyanın tərifli zenit-raket kompleksləri Türkiyə istehsalı olan “Bayraktar TB2”, “Akınçı”, “ANKA Aksungar”, “ANKA-S”, “Bayraktar Akınçı” və “Kargu-2” PUA-ları qarşısında kar-kor qalmışdılar. Sadəcə bu arqument bəsdir ki, rəsmi İrəvanın funksionerlərinin və Xankəndidəki debiloidlərin bəyanatlarının yalan olduğu anlaşılsın”.


Müəllif: Mənsur Rəğbətoğlu