29 Sentyabr 2020 18:26
12 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğan Trampı PKK-ya, ermənilərə qarşı əməkdaşlığa dəvət edib”.

Teleqraf.com xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.

Onun sözlərinə görə, ABŞ-dakı erməni diasporu Respublikaçılarla, yəni Prezident Trampla qatı düşməndir:

“Seçki öncəsi yunanlar, Kipr, Latın Amerikası, Kuba, farsdillilər, kürd və digərləri ilə birləşərək Trampa qarşı təşkilatlanıblar. Vacib detal - ABŞ-dakı qaradərili etirazçılar, “Antifa” adlanan anarxistlərin də ermənilərlə münasibətləri istidir. Mürrey Bukçinin “Anarxist icma” fəlsəfəsini əllərində bayraq edərək hər cür dövlətçiliyə, qanunlara qarşıdırlar.

Xatırladım ki, Suriyadakı YPG və PKK-çılar da Mürrey Bukçin fəsləfəsi ilə silahlanaraq öz ideoloji seçimlərini sərgiləyirlər. Demokratlarla sıx əlaqədədirlər. Bayden seçkilərdə udsa, bu modelin coğrafiyası bütün Yaxın Şərqə ixrac ediləcək. Ərdoğan məhz bu nüansdan yapışaraq Trampı PKK-ya, ermənilərə qarşı əməkdaşlığa dəvət edib. Uğurlar göz önündədir”.

Həmid Herisçi Türkiyə liderinin təklifinin müsbət nəticələr verdiyini də diqqətə çatdırıb: “Trampla Ərdoğan ideoloji baxımdan birləşiblər. Qarabağdakı döyüşlər də Respublikaçıların erməni diasporuna xəbərdarlığıdır. Yəni, seçiminizi dəyişin, əks təqdirdə…”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər