Bu ilin may ayında PYD/YPG/PKK terror təşkilatının nəzdində yaradılan erməni taborunun terrorbaşı Abdullah Öcalanın portreti önündə çəkdirdiyi foto ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, görüntü PYD-nin mətbu orqanları tərəfindən yayımlanıb.
Məlumatda erməni taborunun lideri Nübar Melkonyanın açıqlamalarına yer verilib.
“Suriyadakı ermənilər və Ermənistandan sıralarımıza qatılanlar var, erməni diasporundan da bura qatılmaq istəyənlər çoxdur”, - Melkonyan bildirib.
Ötən aylarda Ermənistan tərəfindən PKK/YPG terror təşkilatının Suriya və İraqdakı ünsürlərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub. 300 PKK/YPG terrorçusunu avtobuslarla Dağlıq Qarabağa daşıyan Ermənistan bu ünsürlərdən mülki əhaliyə qarşı hücumlarda istifadə edir.